Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlanıb

26-05-2018, 11:27
Oxunub: 397
Səfər zamanı cari beynəlxalq məsələlər müzakirə olunacaq


Fransanın xarici işlər naziri Jan-İv le Drian mayın 27-i Azərbaycana səfər edəcək.

Trend Fransa XİN-ə istinadən məlumat verir ki, səfər çərçivəsində fransalı nazirin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, maliyyə naziri Samir Şərifovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.

Səfər zamanı cari beynəlxalq məsələlər və Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunacaq:

Məlumata görə J.İ.le Drian həmçinin 2016-cı ildə açılmış Fransa-Azərbaycan Universitetinə də baş çəkəcək. Məlumatda bildirilir: “Azərbaycan hökuməti tərəfindən tikilmiş universitetin ərazisində nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa arxivlərinin sərgisini açacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti