Rövşən Rzayev bir qrup məcburi köçkün tələbələrlə görüşüb

25-05-2018, 19:43
Oxunub: 244
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğal altında olan rayonlardan SABAH qrupunun tələbələri üçün info-tur təşkil edib.

Komitədən Report-a verilən məlumata görə, info-turun məqsədi SABAH tələbələrinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumat vermək və gələcəkdə onları Komitədə çalışmaları üçün təşviq etməkdir.

Tələbələrlə görüşən sədr Rövşən Rzayev Komitənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

O, tələbələrə Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən aparaılan iri miqyaslı layihələr həyata keçirilir.

Mayın 24-də Lökbatan qəsəbəsinin yaxınlığında məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışından danışan Dövlət Komitəsinin sədri dünyanın heç bir yerində məcburi köçkünlərə belə şəraitin yaradılmadığını vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, təcrübə artıq dünyada bir model kimi qəbul olunur və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə SABAH qrupunun fəaliyyətinə toxunulub, Azərbaycan gənclərinin fərdi və müasir tələblərə uyğun təhsil almaları istiqamətində bu layihənin əhəmiyyətindən danışılıb.

Layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan savadlı, bacarıqlı tələbələrin kadr hazırlığının təmin edilməsi məqsədi ilə müxtəlif dövlət qurumlarında SABAH qrupu tələbələrinin təcrübə keçdiyi və gələcəkdə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində onların peşəkar kadr kimi yetişməsi üçün hər bir şəraitin yaradılacağı diqqətə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti