Çin klubu "Qalatasaray"ın baş məşqçisinə təklif göndərib

25-05-2018, 19:35
Oxunub: 296
Nikolas Qaytan və Yannik Karrasko kimi futbolçular çıxış edir


Çinin "Dalyan Lifan" klubu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimə təklif göndərib.

Report "Marca"ya istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssisə illik 10 milyon avro təklif olunub. 

F.Terim bu təklifi qəbul edəcəyi təqdirdə, Xosep Qvardiola və Joze Mourinyodan sonra dünyanın ən çox qazanan 3-cü baş məşqçisi olacaq. Təcrübəli baş məşqçi uğursuz nəticələr göstərən Bernd Şusteri əvəzləyəməyə əsas namizəddir.  

Qeyd edək ki, "Dalyan Lifan" Çin liqasında 11 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Komandanın heyətində Nikolas Qaytan və Yannik Karrasko kimi futbolçular çıxış edir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti