Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

25-05-2018, 18:30
Oxunub: 217
"Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm"


Macarıstan Respublikasının Prezidenti Yanoş Ader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Report-un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi bildirim.

Azərbaycan iqtisadi və sosial inkişafda əhəmiyyətli nəticələr əldə etmişdir və bu gün geniş bir regionda aparıcı ölkələrdən birinə çevrilmişdir. Bu inkişafın daimi olmasını arzulayıram. Sizi əmin edə bilərəm ki, Macarıstan ölkələrimiz arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqdir.

Əlamətdar bayram münasibətilə Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti