İspaniya kralı Prezident İlham Əliyevi təbrik edib

25-05-2018, 19:00
Oxunub: 296
"Sizə dərin hörmət və ehtiramımı izhar edirəm"


İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Report-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Cənab Prezident.

Sizi bu il xüsusi əhəmiyyət kəsb edən və Azərbaycanın milli bayramı olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həm öz adımdan, həm də İspaniya hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizə şəxsi rifah, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyərək ən xoş arzularımı çatdırıram.

Sizə dərin hörmət və ehtiramımı izhar edirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti