Tramp: "Şimali Koreya lideri ilə görüş iyunun 12-də də baş tuta bilər”

25-05-2018, 17:50
Oxunub: 296
"Görüşü reallaşdırmaq istəyirik"


“Şimali Koreyanın lideri Kim Çen Inla iyunun 12-də görüşə bilərik”.

Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp mayın 25-də jurnalistlərə bildirib.

“Nələr olacağını görəcəksiniz. Hazırda onu müzakirə edirik. Görüşü reallaşdırmaq istəyirik. Bu iyunun 12-də də ola bilər”, - o vurğulayıb.

Qeyd edək ki, D.Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Inla görüşü təxirə saldığını bildirmişdi.  

Xatırladaq ki, onların görüşünün iyunun 12-də Sinqapurda keçiriləcəyi planlaşdırılmışdı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti