DİM: Apellyasiya Komissiyasına 208 şagird ərizə ilə müraciət edib

25-05-2018, 17:25
Oxunub: 408
107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib


Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılan Apellyasiya Komissiyasına 208 şagird və ya abituriyent ərizə ilə müraciət edib. 

Bu barədə Report-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 

Bildirilib ki, onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti