NATO Malayziya təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırıb

25-05-2018, 17:21
Oxunub: 249
Baş katib məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb


NATO 2014-cü ildə Ukrayna səmasında Malayziya HavaYollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırıb.

APA-nın "TRT Haber”ə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə yazılı açıqlama ilə çıxış edib.

C. Stoltenberq sərnişin təyyarəsinin vurulmasını qlobal faciə adlandıraraq Rusiyanı günahını boynuna almağa çağırıb. Baş katib məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Hadisədə vətəndaşlarını itirən Niderland və Avstraliya da olaya görə məsuliyyəti Rusiyanın boynuna qoyublar.

Kremlin sözçüsü Dmitri Peskov isə təyyarənin Rusiya ordusuna aid raket qurğusu ilə vurulmasına dair iddiaları rədd edib və Beynəlxalq İstintaq Qrupunun gəldiyi nəticələrə etibar etmədiklərini deyib.

Qeyd edək ki, 2014-cü ildə baş vermiş hadisə zamanı 298 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti