Rəsulzadənin dil haqqındakı düşüncələri

25-05-2018, 17:00
Oxunub: 4052
"Osmanlı dili alınma sözlərin əlavəsi ilə yüklənmiş olan bir türk dilidir"


Rəsulzadənin dil haqqındakı düşüncələrinə nəzər yetirdikdə, "Dirilik" jurnalında (1914-1916) bir xalqın elmi tərifini verən Rəsulzadə “Milli Dirilik” başlıqlı ardıcıl məqalələrində xalqın dini birliyə deyil, dil və mədəni birliyə arxalanmasını, müsəlmanlığın xalqı deyil, yalnız bir qrup insanları ifadə etdiyini söyləmiş olduğunu görürük.

Bu açıqlamasına görə xalq: dili, ədəbiyyatı, dini, tarixi, mentaliteti, adət-ənənəsi ortaq olan sistemin adıdır. Bütün bu amillər arasında dili bir addım önə çəkən Rəsulzadə tarixdə bir çox din dəyişdirən xalqların olduğunu, fəqət dilin əsla dəyişməz olduğunu vurğulayıb. O, yenə Rusiyada yaşayan türkləri fars və tatar kimi ayırd etmənin yalnış olduğunu söyləyərək, bu cür yanaşmaları, öz kökündən məhrum olmaları ilə əlaqələndirirdi. Rəsulzadənin “Əgər biz milli kimliyimizin fərqinə varmış olsaydıq, türk səhnəsində opera sənətçiləri olmaqları ilə öyündüyümüz insanların soyadlarını Ağdamski, Sarabski yerinə, Ağdamlı və Sərablı kimi səsləndirmiş olardıq” şəklində ifadə etdiyi fikirləri onun milli dilə verdiyi önəmi sübut edirdi. O, azərbaycanlılardan və osmanlı türklərindən fərqli olaraq, məhəlli dilin və ya Osmanlı türkcəsinin türk dünyasının ortaq dili olmasını qəbul etmirdi. Lakin ayrıca bir ədəbi Azərbaycan dilinin yaradılmasının da türk xalqları ilə olan birliyə uyğun olmayacağı fikrini bildirirdi. Onun dil ilə bağlı düşüncəsinə görə, Osmanlı dili alınma sözlərin əlavəsi ilə yüklənmiş olan bir türk dilidir. O, hesab edirdi ki, yalnız, alınma sözlərin zamanla sıradan çıxarılması yolu ilə, mövcudluğunu qoruya bilən saf Türk dili, bütün türk birlikləri və xalqları üçün ortaq dil olaraq qəbul edilə bilərdi.

Tərcümə: Xəyalə Vahabzadə
Mənbə: Tadeuz Şvietoçoski "1920-ci illərin əvvəllərində Azərbaycanda Milli Birliyin yüksəlişi və ədəbi dil siyasəti" - Tarix Araşdırmaları Jurnalı, İyul, 2003, C. XXII, S.34
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti