“ABŞ - Şimali Koreya liderlərinin görüşü ləğv edilməyib”

25-05-2018, 15:29
Oxunub: 335
"Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb"


“ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş ləğv edilməyib, təxirə salınıb”.

Report “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanı, general Vinset Bruks bildirib.

“Bu görüşlə bağlı narahat deyiləm. Çünki imkanlar hələ itirilməyib. Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb”, - general mayın 25-də Seulda çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, mayın 24-də ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşü təxirə saldığını bildirib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlara istənilən vaxt hazır olduğunu bildirib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti