İranın bir neçə aviaşirkətinə ABŞ tərəfindən sanksiya tətbiq edilib

25-05-2018, 14:10
Oxunub: 225
Mülki aviaşirkətlər SEPAH ilə əlaqədə olduqları üçün sanksiyaya məruz qalıb


ABŞ İranın bir neçə aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

Report xəbər verir ki, məlumatı “France Press” agentliyi yayıb.

Həmin mülki aviaşirkətlər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olduqları üçün sanksiyaya məruz qalıb.

Məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyinin "qara siyahı"sında İranın “Mahan Air”, “Caspian Air”, “Meraj Air” və “Pouya Air” hava yollarının adları var. 

Eyni zamanda İran və Türkiyənin 9 fiziki və hüquqi şəxsi bu şirkətlərin təyyarələrinə ehtiyat hissələri əldə etməyə yardım göstərdikləri üçün sanksiyaya məruz qalıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti