“Heç kimə Rüstəm İbrahimbəyovun sonu kimi sonluq arzulamazdım”

25-05-2018, 12:20
Oxunub: 202
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova özünün facebook hesabında yazıb


“Mənsub olduğu xalqın vicdanlı nümayəndəsi və ölkəsinin vətəndaşı ola bilməyən, olmaq istəməyən birisi “dünya vətəndaşı” heç ola bilməz."

"Yalnız milli və bəşəri idealları vəhdətdə götürməyi bacaranlar cərçivələri yara və proseslərin fövqünə qalxa bilərlər. Həyat göstərdi ki, yalnız heç bir əndazəyə sığmayan hərəkətləri və sensasion acıqlamaları ilə "məşhurluq" qazanmaqla öz konyuktur maraqlarını doğma xalqının və insanlığın mənafeyinə xidmətdən üstün tutanlar mütləq şəkildə "bizim kinossenarist" Rustəm İbrahimbəyovun aqibəti ilə üzləşəcəklər”.

Report-un xəbərinə görə bunu Milli Məclis sədrinin müavini Bahar Muradova özünün facebook hesabında yazıb.

“İxtiyar yaşında öz günahı üzündən soydaşları arasında olub qalan hörmət və nüfuzunu itirənlər başqalarnın sevgisini qazana bilməzlər. Həm də ki, artıq buna vaxt qalmayıb. Daha heç kimə belə sonluq arzulamazdım...”, - B.Muradova əlavə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti