Fransa Senatında ADR-in 100 illiyi qeyd ediləcək

25-05-2018, 11:32
Oxunub: 240
Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilən "dəyirmi masa" keçiriləcək


Fransa Senatında mayın 29-da Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilən "dəyirmi masa" keçiriləcək.

Report-un Qərbi Avropa bürosunun xəbərinə görə, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirə Azərbaycanın Fransadakı səfirliyi və Fransa Senatında Qafqaz Qrupunun rəhbəri, senator Alən Uper də dəstək verir.

Müzakirələrdə Fransanın nüfuzlu institutlarından olan Ali təhsil üzrə Praktiki Məktəbin tədqiqat direktoru Gilles Quthier, Sosial Elmlər üzrə Ali Məktəvin elmlər namizədi Georges Mamulia iştirak edəcəklər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti