Əfv sərəncamının icrasına başlanılıb

25-05-2018, 10:53
Oxunub: 222
Sərəncam ümumilikdə 634 nəfərə şamil edilib


Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.

Report-un xəbərinə görə sərəncam ümumilikdə 634 nəfərə şamil edilib.

607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib. Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

Əfv siyahısında 15 qadının adı var, onlardan 12 nəfəri bu gün azadlığa buraxılacaq (digərləri azadlıqda olanlardır).

39 nəfər xarici vətəndaşın, o cümlədən Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb. Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti