Oqtay Əsədov Gürcüstana səfər edəcək

25-05-2018, 10:47
Oxunub: 199
O, “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada çıxış edəcək


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 26-da Gürcüstana səfər edəcək.

Report xəbər verir ki, səfərdə məqsəd Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılmaqdır.

O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar və digər rəsmi şəxslər daxildir.  

Azərbaycan Milli Məclisinin sədri Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada çıxış edəcək.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Qeyd edək ki, mayın 26-da Gürcüstan Demokratik Respublikanın yaranmasının 100 ili tamam olur. Bununla bağlı Tbilisidə geniş tədbir keçiriləcək. 

Mərasimdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti