Nursultan Nazarbayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24-05-2018, 18:35
Oxunub: 152
Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Report-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan öz dövlətçiliyinin əsaslarının möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb. Ölkənizin bundan sonra da dinamik inkişaf etməsini və Sizin rəhbərliyinizlə nəzərdə tutulan hədəflərə çatmasını arzu edirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan strateji əməkdaşlıq iki ölkənin xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti