DİM vergi orqanlarında işləmək istəyənlər üçün imtаhаn keçirəcək

24-05-2018, 14:42
Oxunub: 165
İmtahan 3 saat davam edəcək


Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə mayın 26-da vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, namizədlər 25 may saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından götürməlidirlər. 

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 1520 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə hüquq və ixtisas (vergi) istiqamətləri üzrə, ümumilikdə 200 test tapşırığı təqdim olunur.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq alt bölməsində yerləşdirilib.

İmtahan 3 saat davam edəcək. Hər sual 1 balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılacaqlar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti