Bakının bir neçə ərazisində hərəkət qismən məhdudlaşdırılacaq

24-05-2018, 14:35
Oxunub: 261
Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermantov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi - “Dalğa Plaza” arasında yerləşən hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə sözügedən küçələr boyu saat 22:00-dan səhər saatlarına qədər avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti