Türkiyədə partlayış baş verib, 2 nəfər şəhid olub

24-05-2018, 14:31
Oxunub: 154
Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər


Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.

Report DHA-ya istinadən xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.

Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti