"Moody's": 2019-cu ildə neftin qiyməti 45-65 dollar civarında olacaq

24-05-2018, 14:25
Oxunub: 146
"Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır"


"Neft bazarı yenidən balanslaşdırılıb, lakin risklər hələ də qalmaqdadır".

APA-Economics-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Denis Perevezentsev deyib.

“Neft bazarı tarazlığa doğru hərəkət edəcək, lakin tələb və təklif balansı qeyri-sabit olaraq qalır. ABŞ-da şist neftinin istehsalı və “OPEC +” razılaşması bazara təsir edən əsas amillərdən sayılır. Buna baxmayaraq neft bazarı sabit qalmaqdadır", - deyə D. Perevezentsev vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya, "OPEC+" ölkələrinin xeyrinə olacaq.

"Moody's"in mütəxəssislərinin proqnozlarına görə, 2019-cu ildə neftin bir barelinin qiyməti 45-65 dollar civarında olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti