Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

24-05-2018, 11:38
Oxunub: 144
Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir


Rumıniyanın milli aviadaşıyıcısı - TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

Bu barədə Report rumın mətbuatına istinadən xəbər verir. 

Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir. 

Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti