Ramazanda azanları müxtəlif vaxtlarda səsləndirən məscidlərə xəbərdarlıq ediləcək

24-05-2018, 11:12
Oxunub: 348
"Bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi şəkildə təsdiq olunmuş təqvim var"


Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı məscidlərə xəbərdarlıq ediləcək.

Trend-in məlumatına görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayında azanlarla bağlı fətvası var və bütün məscidlər bu fətvaya əməl etməlidir:

"Bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi şəkildə təsdiq olunmuş təqvim var. Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Bu hallar təkrar olunarsa, onlar barəsində ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunması, onların cərimələnməsi də mümkündür. Hələ ki təqvimin pozulması ilə bağlı bizə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin".

Komitə sədri deyib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti