"Son dövrlərdə Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir"

24-05-2018, 10:57
Oxunub: 230
"Qadınlarımız cəmiyyətdə özlərinə məxsus yer tutmağa çalışırlar"


"Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir".

Bunu Report-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, son vaxtlarda Azərbaycanda qadınlar çox inkişaf edib: "Qadınlarımız cəmiyyətdə özlərinə məxsus yer tutmağa çalışırlar. Hətta çox zaman görürük ki, ailədə qadınlar kişilərdən daha çox irəli gedir. Bu zaman isə bəzi ailələrdə münaqişələr müşahidə olunur. Belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, psixoloqlar ailələrə yardım edir, məsləhətlər verirlər. Kiçik problemə görə adam öz ailəsini dağıtmaz. Bir az diqqətli olmaq, uşaqların maraqlarını güdmək lazımdır. Nümunəvi ailələrdən ibrət götürüb inkişaf etmək lazımdır".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti