"Moody’s" Bakıda növbəti illik konfransını keçirir

24-05-2018, 10:54
Oxunub: 176
Tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edir


Bu gün "Moody’s" beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirir. 

Report xəbər verir ki, tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edir. 

Tədbirdə çıxış edən "Moody's"in vitse-prezidentinin köməkçisi Kristian Vanq (Christian Vang) son illər Azərbaycan da daxil olmaqla MDB ölkələrində baş verən iqtisadi proseslərdən, dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata təsirindən danışıb. Onun fikrincə, regionda iqtisadiyyatın şaxələndirilməsi davam etdirilməli və bank sektorunun likvidliyi artırılmalıdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti