"TANAP Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir"

24-05-2018, 10:52
Oxunub: 172
"Ona görə hamı Xəzər konvensiyasının imzalanmasını və Xəzərin statusunun müəyyənləşdirilməsini gözləyir"


Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsində iştirak imkanı əhəmiyyət kəsb edir.

Report-un "orient.tm" saytına istinadən verdiyi məlumata görə bunu "Türkmengaz" dövlət konsorsiumun sədri Mırat Arçayev Türkmənistanın "Avaza" milli turizm kompleksində keçirilən IX Beynəlxalq Qaz Forumunda bildirib.

Onun sözlərinə görə Türkmənistan qazını TANAP və TAP layihələri vasitəsilə Avropa bazarlarına çatdırmağa imkan verəcək Transxəzər boru kəməri layihəsi gündəmdən çıxarılmayıb.

Öz növbəsində Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib ki, TANAP layihəsi Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir və iştirakçı ölkələr Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qatılmasında maraqlıdırlar: "Ona görə hamı Xəzər konvensiyasının imzalanmasını və Xəzərin statusunun müəyyənləşdirilməsini gözləyir. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi və türkmən qazının Avropaya TANAP vasitəsi ilə nəql etmək imkanı layihənin rentabelliyini artıracaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti