"BDU-nun İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək"

24-05-2018, 10:30
Oxunub: 834
"Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb"


"Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq".

Report xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə artıq instituta bina da ayrılıb: "Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti