"28 nəfərin imtahan nəticələri ləğv edilib"

22-05-2018, 19:28
Oxunub: 160
İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib


Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent sənəd verib.

DİM-dən APA-ya verilən məlumata görə, onlardan 648 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Qeyd edək ki, DİM I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahan nəticələri Mərkəzin saytında yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti