Səudiyyə Ərəbistanı kralı və vəliəhdi Prezident İlham Əliyevi təbrik edib

22-05-2018, 19:13
Oxunub: 168
"Azərbaycan Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm"


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Qardaşınız Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Report-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

Bundan əlavə, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: 

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha böyük inkişaf və rifah arzu edirəm".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti