Nərimanov rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

22-05-2018, 17:58
Oxunub: 412
"Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək"


Ziya Bünyadov prospektində diametri 530 mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və  Təbriz küçəsində  diametri 315mm-lik  yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Azəriqaz İB-dən APA-Economics-ə verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu  Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

"Aparılan təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti