ETSN Daşkəsəndə reyd keçirib

22-05-2018, 16:17
Oxunub: 188
Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Bu barədə Report-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.

Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti