İsrail XİN: Fələstinin BCM-ə müraciət etməsi hüquqi qüvvəyə malik deyil

22-05-2018, 16:28
Oxunub: 178
"Fələstinlilərin müraciəti hüquqi baxımdan əsassızdır"


Fələstinlilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməsi hüquqi qüvvəyə malik deyil.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bu gün yayılan bəyanatında bildirilir.

"Fələstinlilərin müraciəti hüquqi baxımdan əsassızdır. BCM-in isə İsrail-Fələstin məsələsi ilə bağlı heç bir səlahiyyəti yoxdur. Çünki İsrail Məhkəmənin üzvü deyil, Fələstin muxtariyyəti isə dövlət deyil", - bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl Fələstin BCM prokurorluğuna ölkə ərazisindəki vəziyyətin araşdırılmasına dair sorğu göndərib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti