"Azərsu" bu il elektron xidmətlərinin sayını 16-ya çatdıracaq

22-05-2018, 14:00
Oxunub: 184
"Bu il daha 4 elektron xidmətin istifadəyə verilməsini planlaşdırırıq"


Bu ilin sonuna qədər "Azərsu" ASC daha 4 elektron xidmətinin istifadəyə verəcək və bu xidmətlərin sayını 16-ya çatdıracaq. 

Report xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

"2012-ci ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2016-cı ildə 3, 2017-ci ildə isə 5 elektron xidmət istifadəyə verilib. Bu il daha 4 elektron xidmətin istifadəyə verilməsini planlaşdırırıq", - o deyib. 

Bundan başqa, "Azərsu" rəsmisinin sözlərinə görə, bu ilin əvvəlindən təmsil etdiyi quruma 155 mindən çox elektron müraciət daxil olub. İlin sonuna qədər bu rəqəmin 500 minə çatacağı gözlənilir: "Azərsu"ya 2013-cü ildə 21, 2014-cü ildə 5 181, 2015-ci ildə 13 644, 2016-cı ildə 40 760, 2017-ci ildə 347 283, bu ilin ilk 4 ayında isə 155 464 elektron müraciət daxil olub". 

A.Cəbrayıllının fikrincə, yeni tətbiq edilən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərinin təqdim etməsi və hesab-fakturanın müəyən edilməsi xidməti" dələduzluq hallarının qarşısını almağa və narazılıqları aradan qaldırmağa imkan verəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti