Bakıda kafedə baş verən partlayışda ölənlərin sayı artıb

22-05-2018, 11:26
Oxunub: 201
Natiq Zahid oğlu İbrahimov ötən gecə aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib


Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb. 

Bu barədə APA-ya Respublika Yanıq Mərkəzindən bildirilib. Qeyd olunub ki, 1974-cü il təvəllüdlü Natiq Zahid oğlu İbrahimov ötən gecə aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib. Hazırda hadisə zamanı xəsarət alan 1965-ci il təvəllüdlü Şəkər Xosrov qızı İbrahimovanın müalicəsi davam etdirilir.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin - 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti