Əfqanıstanda silahlılarla döyüşlərdə 20 polis ölüb

22-05-2018, 11:01
Oxunub: 170


Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən  qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.

Report "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.

Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.

Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti