AKP-nin deputatlığa namizədlərinin siyahısında üç idmançı yer alıb

21-05-2018, 18:54
Oxunub: 211
Sakarya, İzmir və Trabzon şəhərlərindən deputatlığa namizəd irəli sürülüblər


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iyunun 24-də ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı irəli sürdüyü deputatlığa namizədlərinin siyahısında üç idmançı da yer alıb. 

Report "Haberturk"ə istinadən xəbər verir ki, bunlar motosikletçi Kenan Sofuoğlu, Türkiyənin U21 yığma komandasının baş məşqçisi Alpay Özalan və keçmiş güləşçi Selçuk Çebidir. 

Onlar, müvafiq olaraq, Sakarya, İzmir və Trabzon şəhərlərindən deputatlığa namizəd irəli sürülüblər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti