AKP 149 deputatı təkrar namizəd göstərməyib

21-05-2018, 18:29
Oxunub: 217
Ankara ikinci bölge birinci sıradan namizəd göstərilib


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

Report "Hürriyet"ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 126-sı qadındır.

Siyahıda AKP-nin hazırda deputat olan 167 nəfərin adı da var. Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib. 

Türkiyənin baş naziri Binali Yıldırım İzmir birinci bölge birinci sıradan, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ise Ankara ikinci bölge birinci sıradan namizəd göstərilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti