Heminqueydən yazıçılara 7 məsləhət

21-05-2018, 16:00
Oxunub: 321
"Duyğularınızı izah etməyin, hiss etdirin"


Amerika ədəbiyyatının ən məşhur yazıçılarından biri Heminquey böyük nüfuza sahib yüksək səviyyəli yazıçıdır. Mövzu ədəbiyyat olanda nadir hallarda nəyisə bəyənən yazıçı buna baxmayaraq, gənc yazıçılara yardım etməyin tərəfdarı olub. Heminqueydən gənc yazıçılara 7 məsləhət:

1. Yazmağa doğru cümlə ilə başlayın.

Bəzən yeni hekayə yazmağa başlayıram, amma davam etdirə bilmirəm. Ocağın qarşısında əyləşirəm, oda atdığım portağal qabıqlarının mavi alovlarını izləyirəm. Ayaqüstə dayanıb Parisdəki binaların damlarına baxıram. Narahat olma, əvvəl də yazdın, indi də yazacaqsan. Lazım olan tək şey doğru cümlə tapmaqdır. Bildiyin ən doğru cümləni yaz. Beləcə doğru bir cavab yazıram və davam edirəm. Bu, asandır, çünki daim bildiyim, gördüyüm, kimdənsə eşitdiyim doğru cümlə var. Əgər əhatəli yazmağa başlasam, kimisə təqdim etməyi və ya təklif etməyi istəsəm, bər-bəzəkli cümlələrin əvəzinə, ilk bəsit və həqiqi cümlə ilə başlamağa üstünlük verirəm.

2. Növbəti mərhələdə nə yazacağınızı bilsəniz də, gündəlik planınızı doldurmusunuzsa, dayanın.

Ən yaxşı yol doğru getdiyiniz bir yerdə  sonra nə yazacağını bilsəniz də, dayanmaqdır. Bu üsulu roman yazan zaman tətbiq etsəniz, əsla yorulmazsınız. Bu, sizə deyəcəyəim ən dəyərli məsləhətdir. Əsla unutmayın.

3. Çalışa bilmədiyinizi anlayırsınızsa, hekayə haqqında heç düşünməyin.

Bir mətn yazarkən sonra yazdığım mətni oxumaq mənim üçün vacibdir. Əgər yazdığımız mətn haqqında düşünməyə davam etsəniz, yazdığınız hissəni itirər və növbəti gün eyni şeyi davam etdirmək məcburiyyətində qalarsınız. Məşq etmək, bədəni yormaq lazımdır. Amma sonda edəcək heç bir işiniz qalmayanda təkrar yazmağa başlayana qədər, ya da hekayə haqqında narahatlığınızı əngəlləmək üçün oxumaq lazımdır. Yazının zövqünü tez bitirməməyi, maraqlı detallar saxlamağı, boşluqları dolduracaq mənbələri öyrəndim.

4. Təkrar yazma zamanınız gələndə öncə yazdığınızı təkrar oxuyun.

Ən yaxşı üsul  hər gün yazdığınız mətni yenidən oxumaq, yazdığınız hissələri nəzərdən  keçirmək, qaldığınız yerdən davam etdirməkdir. Əgər yazı hər gün əvvəldən oxuya bilməyəcəyiniz qədər uzundursa, bir neçə bölüm geridən oxuyun. Həftədə bir dəfə tam mətni oxuyun. Beləcə sistemli proses quracaqsınız.

5. Duyğularınızı izah etməyin, hiss etdirin.

Yazanda baş tuta biləcək ən böyük çətinliklə rastlaşdım: həqiqətdə nə hiss etdiyimizi bilmək bir qırağa, hiss etməli olduğumuz ya da öyrədilən şeylərin əsasında hərəkətə keçmək. Lakin önəmli olan o duyğunu yaşamağımızı təmin edən şeydir.

6. Qələmlə yazın.

Yazmağa başladınızmı, bütün zərbələr sizə dəyər, oxucuya heç bir şey olmaz. Bəlkə yazı  maşınını istifadə etməkdə səriştəlisiniz, çünki daha asandır və sizə daha çox zövq verir. Yazmağı öyrəndikdən sonra birinci məqsədiniz hər şeyi-hər hissi, hər mənzərəni, hər duyğunu, hər yeri və hər həyəcanı oxucuya ötürməkdir. Bunun üçün yazdığınız hər şeyin üzərində təkrar işləməniz lazımdır. Əgər bir qələmlə yazsanız, oxucunun vermək istədiyinizi alıb-almadığını üç dəfə nəzərdən keçirmə şansınız olur. Əvvəl yazdığınızı təkrar oxuyun, sonra yazı maşınında yazın. Bu sizə yazdığınız mətni yaxşılaşdırma imkanı verir. Son olaraq da sınaq basqısını təkrar gözdən keçirin.

7. Çalışın, qısa yazın.

Gettsburq nitqinin qısa olması təsadüf deyil. Nəsrin də öz havası, fizikadakı və ya riyaziyyatdakı kimi dəyişməz qanunları var.

Tərcümə: Nicat Həşimzadə
Mənbə: sabitfikir.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti