Yaponiya ilk dəfə Amerikadan maye şist qazı idxal edib

21-05-2018, 15:29
Oxunub: 232
İlk yükün həcmi 70 min ton olub


Yaponiya ilk dəfə Amerikadan maye şist qazı idxal edib.

Report-un TASS-a istinadən verdiyi xəbərə görə, maye qaz tankeri Yaponiyanın Yokohama limanına çatıb.

İlk yükün həcmi 70 min ton olub. Bu da 220 min ev təsərrüfatını bir il müddətində qazla təmin etməyə kifayət edir.

Qeyd edək ki, qazın idxalı ilə bağlı müqaviləni ABŞ-la "Tokyo Gas" şirkəti 20 il müddətinə bağlayıb. Bu müddət ərzində ABŞ Yaponiyaya 1,4 mln.ton maye şist qazı ixrac edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti