BP neftin ucuzlaşacağı tarixi açıqlayıb

21-05-2018, 14:57
Oxunub: 190
"2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib"


"2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq".

APA-Economics “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib.  

“2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”, - deyə BP-nin rəhbəri Bob Dadli bildirib.

Şirkət rəhbəri qeyd edib ki, BP hazırda az kapital, vaxt və inşa tələb edən mərhələli inkişaf yolu seçib: "Bu isə neftin qiymətinin qeyri-müəyyənlik dövründə ona nəzarəti asanlaşdırır. BP-nin neft və qaz hasilatı növbəti 10 illiyin sonuna kimi yenidən sutka ərzində 4 milyon barelə çatacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, BP ən aşağı istehsal xərclərinə malik olan Azərbaycan, Oman, Rusiya kimi neft hasil edən ölkələrlə əməkdaşlıq edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti