ASK prezidenti təhsil siyasətinə yenidən baxmağı təklif edib

21-05-2018, 11:53
Oxunub: 228
Azərbaycanda da gənclər arasında işsizlik ümumi işsizlikdən 2 dəfə yüksəkdir


"Dünyada, xüsusilə də, Avropada gənclər arasında artan işsizlik bu gün bizim təhsil siyasətimizə yenidən baxmağımıza zərurət yaradır". 

APA-Economics-in məlumatına görə bunu “Dayanıqlı İnkişaf  Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib.

M.Musayevin sözlərinə görə Azərbaycanda da gənclər arasında işsizlik ümumi işsizlikdən 2 dəfə yüksəkdir.

"Bunu yaradan əsas səbəb gənclərin qazandıqları peşə istiqaməti ilə əmək bazarı arasında mövcud uyğunsuzluqdur. Düşünürük ki, bu problem bütün dünyada mövcuddur və bunun həlli əmək bazarı tələblərinin daha yaxşı öyrənilməsindən, təhsilin buna uyğun olaraq təkmilləşdirilməsindən başlayır. Biz təhsilin və gender bərabərliyinin gücləndirici effektlərindən istifadə etməliyik. Bununla bağlı Azərbaycanın iş adamları olaraq istənilən beynəlxalq və milli təşəbbüsə dəstək verməliyik. Belə ki, məhz qadınların iqtisadi fəaliyyətə cəlb olunması və insanlara layiqli təhsilin verilməsi yoxsulluqla, münaqişələrlə, uşaq ölümləri ilə mübarizədə ən güclü vasitədir",- deyə M.Musayev vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti