Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

21-05-2018, 11:50
Oxunub: 263
A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək


Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

Etatist.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında A.Vuçiçi Azərbaycan rəsmiləri, Serbiyanın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti