Nikolas Maduro yenidən Venesuela prezidenti seçilib

21-05-2018, 11:13
Oxunub: 412
Maduro 5 823 718 səs toplayıb


Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.   

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə  bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.

Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını və sabah ölkəni tərk edəcəyini bəyan edib.   

Beləliklə, N.Maduro 2025-ci ilədək Venesuela prezidenti vəzifəsində çalışacaq.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti