"Gənclərin layiqli işlə təmin olunması məsələsində qarşımızda mühüm vəzifələr durur"

21-05-2018, 11:06
Oxunub: 213
"İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib"


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi nəticəsində köçkün düşən bir milyondan artıq şəxsin layiqli əməklə təmin olunması Azərbaycan hökumətinin qarşısında böyük vəzifə kimi durur".

Report xəbər verir ki, bunu baş nazirin müav­ini Əli Əhmədov “Dayan­ıqlı İnkişaf Məqsədlə­rinə doğru: davamlı i­nkişafın və layiqli h­əyatın təbliği” adlı ­konfransda deyib.

O xatırladıb ki, Dağlıq Qarabağ müna­qişəsi nəticəsində azərbaycanlılar etnik ­təmizləməyə məruz qal­ıblar: "İnsanlar öz doğ­ma torpaqlarını tərk ed­ib. Bu torpaqlardan köçkün düşən bir milyondan ­artıq vətəndaşın layiqli ­işlə təmin olunma­sının nə qədər böyük iş ­olduğunu bilirsiniz".

Ə.Əhmədov bildirib ki, Azər­baycan əhalinin 46 faizini 29 ­yaşa qədər olan şəxslər təşkil ed­ir: "Bu gənclərin layiqli əməklə təmin olunması məsələsində hökumətin qarşısında mühüm vəz­ifələr durur".

O qeyd edib ki, yaxın illərdə Azərbaycan vətəndaşlarının daha keyfiyyətli, layiqli əmək ilə təmin ol­unması istiqamətində daha səmərəli addımlar atılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti