Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək

21-05-2018, 10:52
Oxunub: 258
Bu sistem müasir zenit-raket komplekslərdən sayılır


Rusiya Ermənistana “Tor” zenit-raket kompleksi verəcək.

Report xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin Raket Hücumundan Müdafiə Qoşunları İdarəsi rəisinin müavini Artur Poqosyan yerli televiziyalardan birinə müsahibəsində bildirib.

Onun sözlərinə görə Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları yaxın aylarda Rusiya istehsalı olan “Tor” zenit-raket kompleksi ilə təchiz olunacaq.

Qeyd edək ki, bu sistem müasir zenit-raket komplekslərdən sayılır və şəxis heyət olmadan avtomatik rejimdə işləyə bilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti