Xəzərin hüquqi statusu üzrə İşçi Qrupun növbəti iclası mayın 21-də keçiriləcək

21-05-2018, 10:43
Oxunub: 188
Bununla əlaqədar Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir


Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclası mayın 21-24-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə Report-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinindən məlumat verilib. 

Bildirilib ki, bununla əlaqədar Xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur. 

Səfər çərçivəsində həmçinin Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti