Aİ İranla neft ticarəti ilə əlaqədar İşçi qrupu yaradıb

20-05-2018, 15:07
Oxunub: 264
"Bu problemləri həll etmək üçün biz neft ticarəti məsələləri ilə əlaqədar İşçi qrupu yaratmağa qərar verdik "


Avropa İttifaqı İranla normal neft ticarətinə mane olan problemlərin həlli üzərində çalışır.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İran neft naziri Bican Zanqan ilə görüşdən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Migel Arias Kanete bildirib.

Avrokomissar bildirib ki, İran tərəfi maliyyə, nəqliyyat, sığorta və mühafizə sahəsində baxılması zəruri bütün məsələləri təqdim edib: "Bu problemləri həll etmək üçün biz neft ticarəti məsələləri ilə əlaqədar İşçi qrupu yaratmağa qərar verdik və İşçi qrupunun ilk iclası bu gün keçirilib. Avropa İttifaqı İranla neft sahəsində ticarəti dəstəkləmək niyyətindədir".

Qeyd edək ki, İranda səfərdə olan M. A. Kanete dünən İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşdən sonra bildirib ki, Avropa İttifaqı və İran noyabrın sonunda Brüsseldə atom sahəsində əməkdaşlıq üzrə yüksək səviyyəli seminar keçirmək barədə razılığa gəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti