Bu gün QİCS Qurbanlarının Dünya Xatirə Günüdür

20-05-2018, 14:38
Oxunub: 241
QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib


Bu gün - 20 may QİCS Qurbanlarının Dünya Xatirə Günüdür.

APA-nın məlumatına görə, hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır.

Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.

QİÇS Qurbanlarının Dünya Xatirə Günü ilk dəfə 1983-cü ildə Amerikanın San-Fransisko şəhərində qeyd edilib. Bir neçə il sonra həmin xəstəliyə qarşı hərəkatın simvolu yaranıb. 1991-ci ildə rəssam Frenk Mur bu xəstəlik səbəbindən həyatdan gedənlərin xatirəsinə geyimə sancaqlanmış qırmızı lent, yaxud müxtəlif rəngli parçalardan yığılmış xüsusi nişan vurmağı təklif edib. Bu problemə biganə olmayanlar QİÇS Qurbanlarının Dünya Xatirə Günü hazırlanmış nişanları yaxalarına taxırlar.

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada immun çatışmazlığı virusuna yoluxmuş 42 milyon insan yaşayır və hər gün həmin rəqəm 14–15 min nəfər artır. İmmun çatışmazlığı virusuna yoluxanların əksəriyyəti 30 yaşınadək olan gənclərdir. Son 25 il ərzində təxminən 25 milyon nəfər QİÇS xəstəliyindən vəfat edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti