Ərdoğana qarşı sui-qəsd hazırlandığı müəyyənləşdirilib

20-05-2018, 11:37
Oxunub: 232
Sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb


Türkiyə xüsusi xidmət qurumları prezident Rəcəb Tayyip Ərdoğana mümkün sui-qəsd hazırlandığını müəyyənləşdirib. İnsidentin prezidentin Balkan ölkələrinə səfəri zamanı baş verə biləcəyi bildirilir.

APA-nın xəbərinə görə TRT telekanalı öz mənbələrinə istinadən bildirib ki, sui-qəsdin hazırlanması barədə məlumatı ilk olaraq Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən əldə edib.       

Məlumata görə sui-qəsd Türkiyə əsilli şəxslər tərəfindən hazırlanıb.

Sui-qəsdin mümkün tarixi və yeri barədə məlumatın olmadığı bildirilir.

Qeyd edək ki, Türkiyə prezidenti bu gün Bosniya və Herseqovinaya səfər edəcək.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti