Aİ və İran neft ticarətinə dair işçi qrup yaratmağı qərara alıblar

20-05-2018, 11:26
Oxunub: 232
“Neft ticarətinə dair məsələlər üzrə işçi qrup yaratmağı qərara aldıq"


Aİ və İran neft ticarətinin təmin olunması məsələlərinə dair işçi qrup yaratmağı qərara alıblar . APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Tehranda Aİ-nin energetika üzrə komissarı Miqel Arias Kanyette deyib.  

Qeyd edək ki,  M.Kanyette Tehranda İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və neft naziri Bijan Zanqane ilə görüşüb. 

“Normal neft ticarətinə maneə yaradan problemlərin həlli üzərində çalışdıq. İran tərəfi maliyyə, nəqliyyat, sığorta, saxlanılma məsələləri də daxil olmaqla nəzərdən keçirəcəyimiz bütün məsələləri detallı şəkildə təqdim edib”

“Neft ticarətinə dair məsələlər üzrə işçi qrup yaratmağı qərara aldıq. İşçi qrupunun ilk iclası da bu gün keçirildi”, - deyə onun çıxışının yazısı  Avropa Komissiyası tərəfindən yayılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti