“Qalatasaray” Türkiyə çempionu olub

20-05-2018, 11:21
Oxunub: 439
Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb


Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün XXXIV turun son 4 qarşılaşması baş tutub.

Sonuncu turun ilk günündə medallara iddiası olmayan komandalar meydana çıxmışdısa, mövsüm çempion və digər mükafatçıların müəyyənləşməsi ilə başa çatıb. İddialıların hamısı mövsümü qələbə ilə başa vura bilib.

Bu turadək izləyicilərindən 3 xal öndə qərarlaşan “Qalatasaray” İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb.

Çempionluq üçün 1 xala ehtiyacı olan Fatih Terimin yetirmələri səfərdən qələbə ilə dönüb. Bu qələbə “sarı-qırmızılar”a çempionluq qazandırıb.

“Qalatasaray” həm də Çempionlar Liqasının qrupuna yüksəlib. “Fənərbaxça” 2-ci yerlə kifayətlənib və Çempionlar Liqasının təsnifat mərhələsində oynamalı olacaq. “Başakşəhər” bürünc mükafata yiyələnibsə, “Sivasspor”u darmadağın edən “Beşiktaş” medalsız qalıb.

Türkiyə. Superliqa

XXXIV tur

18 may

“Akhisar” – “Osmanlıspor” - 2:1

Qollar: Adıgüzel, 32, Çelik, 90+3 - Özcal, 45

“Alanyaspor” – “Antalyaspor” - 3:2

Qollar: Duqlas, 37, 69, Villafanez, 61 - Yevtoviç, 12

“Gənclərbirliyi” – “Bursaspor” - 1:0

Qol: Skluetiç, 15
 
“Trabzonspor” – “Karabükspor” - 3:0

Qollar: Pereyra, 65, 90+2, Yusuf, 88

“Yeni Malatyaspor” – “Kayserispor” - 3:2

Qollar: Buğra Çağıran, 22, Sapunaru, 38 (avtoqol), Adem Büyük, 75 - Stoyikoviç, 81, Mendes, 90+2

19 may

“Başakşəhər” – “Kasımpaşa” - 3:2

Qollar: Viska, 30, Adebayor, 36, 61 - İldiz, 6, Diaqne, 27-p. 

“Beşiktaş” – “Sivasspor” - 5:1

Qollar: Taliska, 30, 77, Larin, 50, 74, Babel, 85 - Arslan, 54

“Fənərbaxça” – “Konyaspor” - 3:2

Qollar: Fernandao, 28, Ay, 34-öz qapısına, Soldado, 65 - Fofana, 70, Yahoviç, 73

“Göztəpə” – “Qalatasaray” - 0:1

Qol: Qomis, 66-p.

Bombardir: Batefimbi Qomis (“Qalatasaray”) – 29 qol
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti